Categories
Şəki mətbəxi

Yeməklərin şahı Piti

Şəki mətbəxinin şah yeməyi təbii ki, də pitidir. Piti bütün şəki qonaqlarının nuşluqla yediyi və sevimli qidalar arasında yer alan mətbəx nümunəsidir.

Piti yeməyini fərqli edən bir neçə xüsusiyyət var. Bunlardan ən əsas pitinin saxsı gil qablarda hazırlanmasdır. əgər siz eyni miqdar olan ərzaqları digər qablarda hazırlasanız əmin olun ki, əsl piti dadı almaq mümkün olmayacaq. Piti hazırlanma qaydası

Əvvəlcə noxud suda isladılır. Noxud suda yaxşıca islanıb şişdikdən sonra xüsusi piti qablarına tökülür. Üstünə 4-5 tikə ət ilə birlikdə 2 tikə quyruq və soyuq su əlavə edilib ocağa qoyulur. Ətin kəfi çıxdıqca yığılır. Bundan sonra xırda doğramış soğan əlavə edilir. Və eyni zamanda duz əlavə edilir. Bu vaxt piti vam odda qaynadılır. Əgər mövsüm vaxtı şabalıd olarsa pitiyə əlavə etmək olar.

Piti süfrəyə sumaq, quru soğan və turşu ilə verilir. Eyni zamanda piti süfrəyə gil bardaq qabda verilir. Bəzən deyilir ki piti eyni zamanda boyat yeyildikdə daha dadlı olur. Bu barədə isə nəsə dey bilmərik, sizin zövqünüzə uyğun olaraq. Nuş olsun.