Categories
Bloq

Yaşı qoca özü cavan

Sheki-şəhəri,tarixi,oteller,abideler,kiraye evler,unvanlar,elaqe nomreleri

Gözəl təbiət, bənzərsiz memarlıq inciləri, nadir sənətkarlıq nümunələri, dadlı təamlar və daha nələr nələr. Şəki Azərbaycanın bir parçasıdır. Doğma ananın bir övladı olaraq düşünsək, Yaşı Qoca Özü cavan desək elə bilirəm yanılmarıq.

Sheki şəhər olaraq istər tarix zənginliyindən, istərsə də hal hazırda var olan infrastruktur cəhətdən turizmin inkişafı üçün zəmin yaradır. Tarix mənbələrdə Şəki Şərqin İpək Qalası adlanırdı.

Eyni zamanda sənətkarlıq şəhəri və bununla yanaşı olaraq ticarət mərkəzi sayılırdı. Karvansaraylar hal hazırda olan mövcud vəziyyəti ilə baxanda əgər xəyal məhsulumuza güvənsək, tacirlərin bazar formada təqdim etdikləri məhsullar, bir tərəfdə karvan dəvələri, misgər qalayçıların alət səsləri, insan bir növ tarixə səyahət edir.

Şəki – dağlar gözəli şəhərdir. Ulu babalarımız demiş, “Yaşı Qoca Özü cavan”.