Categories
Tarixi abidələr

Tarixi abidələr Məlumat

Şəki Böyük Qafqaz Silsilə dağlarının cənub ətəyində, mərkəzi regionlardan uzaqda- təcrid olunmuş bir məkanda yerləşir. Şəhər sahib olduğu gözəl mənzərə ilə adamı heyran edir. Qədim şəhər olan Şəki Yaxın və Uzaq Şərq ölkələrinin ticari yollarını Qərblə birləşdirən Böyük Qafqaz Silsilə dağlarının cənub ətəyində yerləşir.

     Şəki ilk öncə Kiş çayının sol sahilində yerləşmiş və 1772 ci ildə baş vermiş palçıq vulkanından sonra indiki yerində yenidən qurulmuşdur. Narınqala bu fəlakətdən dərhal sonra tikilmişdir. Yeni qurulmuş şəhər Nuxa kəndinin yanında yerləşdiyindən bir müddət Nuxa adıyla adlandırılmış, 1960 cı ildən sonra isə öz əvvəlki adını bərpa edərək Sak tayfalarının adına əsaslanan Şəki adına qayıtmışdır.

     Şəki Azərbaycanın tarixi şəhərlərindən biri olub, sahib olduğu bir çox tarixi abidəni qoruyub saxlaya bilmişdir. Ticarət və sənət üzərində diqqətini cəmləşdirmiş Şəki şəhəri, həm də ölkənin mühim mədəniyyət mərkəzlərindən biridir.

Şəki xanlığının mərkəzi, paytaxtı olan Şəki şəhəri Azərbaycan mədəniyyətinin inkişafında mühim rol oynamışdır. Bu şəhər mərkəzdən uzaq regionda, Qafqaz dağlarının ətəyində yerləşir. Şəhəri əhatə edən təbiət öz gözəlliyi ilə insanı valeh edir. Hava vəziyyəti dəyişkən olan bu şəhər meşələrlə örtülmüş dağlardan, gözəl mənzərəli ucu bucağı görsənməyən vadilərdən və şırıltı ilə axan Gürcənçay və Dəyirman-arxı çaylarından ibarətdir.

Qədim şəhər Böyük Qafqaz silsilə dağlarının cənub dağ ətəyində, Yaxın və Uzaq Şərq ölkələrini qərblə birləşdirən qədim ticari yolların kəsişdiyi bir məkanda yerləşib. Hal hazırda yerləşdiyi yerdən bir az daha aşağıda, Kiş çayının vadisində yerləşmişdi.

1772 ci ildə baş vermiş palçıq vulkanı nəticəsində şəhər dağılmış və eyni ildə indiki yerində yenidən tikilmişdi. Şəki qalasının tikintisi də o dövrlərə təsadüf edir.

Yeni şəhər onu üç tərəfdən əhatə edən Böyük Qafqaz silsilə dağlarının cənub dağ ətəyindəki geniş ərazidə yerləşir. Xan oylağının sildrım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma- Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.

Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Gürcənçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür. Bu ticarət mərkəzi haqqındakı tarixi məlumatlara əsaslanacaq olursaq, şəhərin yalnız bir tərəfnin inkjişaf etdiyinin şahidi olarıq.

Gürcənçay və Dəyirman-arxı çayları şəhərin su ehtiyaclarını ödəməsilə bərabər, həm də suvarmada istifadə olunurdu. Daha sonralar çayların birləşdiyi yerdə meydançası olan yeni mərkəz quruldu. Şəki şəhərinin bu ərazidə qurulma səbəblərindən ən vacibi Gürcənçay faktorudur.

Digər çay olan Dəyirman–arxı çayı isə şəhərin ikinci aparıcı vasitəsi kimi xidmət göstərməkdədir.Şəkinin sahib olduğu təbii gözəllik şəhərdə tikilmiş bütün tarixi abidələrdə öz əksini tapmışdır. Bütün bunlar Şəki arxitekturasının özəllikləridir.Demək olar ki, qədim şəhəri xatırladacaq heç bir arxitektura nümunəsi qalmayıb.

Yalnız E.Çələbinin xatirələrində Şəki haqqında bəzi məlumat var. Onun sözlərinə əsaslanarsaq, onda daşdan tikilmə Şəki qalası təpənin üstündə ucaldılmışdır. Qalanın Şirvan və Gəncə adlı iki darvazası var

Burda minlərlə ev, yeddi məscid, onların arasında Mirzə Əli məscidi bazar küçəsində yerləşməsiylə xüsusi diqqəti cəlb edir. Şəhərin həmçinin bir neçə karvansaray-mehmanxanası, hamamı və balaca bazarı vardır.

Bu məlumata əsasən qalaynan sərhədlənməyən Şəki qala divarlarının xaricində ipək istehsalı ilə məşğul olan müəssisələr və tayı bərabəri olmayan ipək istehsalı ilə məşğul olan geniş bağlar mövcud idi

Qədim şəhərin planlaşdırılmasının spesifik xüsusiyyətlərini ayırd etmək üçün şəhər küçələrinin ümumi konstruksiyası və Şəki arxitekturasının incələnməsi vacibdir. Azərbaycanın tədricən tikilən küçələrinə sahib digər orta əsr şəhərlərindən fərqli olaraq Şəkidə bu iş qısa bir müddətdə, həm də planlı bir şəkildə həyata keçirilmişdir.

Şəkinin Gürcənçaya paralel olan əsas və ən uzun küçəsi tərkibində şəhərin ən mühüm arxitektura abidələrini özündə cəmləşdirir.Şəkinin bir çox küçələri tarixi və arxitektura abidələrinin mövcudluğu ilə diqqəti cəlb edir.

Şəki qalası şəhərin daha yüksəkdə yerləşən hissəsində, şimal-şərqində yerləşir və Şəki xan sarayını da əhatə edir. Qala təkcə hərbi-strateji cəhətdən deyil, həm də mikro iqlimi cəhətdən çox əlverişli şəraitə sahib yerdə yerləşib.

Qala ilk Şəki xanı olan Hacı Çələbi xanın (1743-1755) hakimiyyəti dövründə tikilmişdir. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. qala divarlarının qalınlığı 2.2 m-dir.

Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır.Hal hazırda 1958-1963 cü illərdə aparılan bərpa işlərinə baxmayaraq qala divarları və bürcləri dağılmış bir vəziyyətdir.

26 fevral 1853 cü illə qeyd olunmuş plana əsasən qalanın tərkibindəki 40-a yaxın tarixi abidənin yenidən bərpası nəzərdə tutulurdu. Təbii bir hadisədir ki, Şəki Rusiyanın tərkibinə daxil olduqdan təxminən 50 ilə yaxın sürən bərpa işləri boyunca qalanın əvvəlki planına yetərincə dəyişikliklər edilmiş, lakin ümumilikdə qala öz əvvəlki görünüşünü qoruyub saxlaya bilmişdi.

İlk öncə edilən dəyişikliklər buranı qoruyan qarnizonun tələbləri nəzərə alınırdısa, daha sonra həm də yaşayış şəraiti faktoru nəzərə alınmağa başlandı. Sonda belə bir nəticəyə gəlmək olar ki, edilən bəzi dəyişikliklərə baxmayaraq Şəki xan sarayı planlanmasında mühim dəyişikliklərə məruz qalmayıb.

Qədim tarixə malik bu şəhər öz baramaçılığı və sənətkarlığı ilə məşhurdur. Yerli əhali 20 növ müxtəlif incəsənət üzrə məşğul olur. Bunlar : zərgərlik, dulusçuluq(saxsı qab), dəri –geyimi, papaqçılıq, dülgərlik, folklor çalğı alətlərinin istehsalı, mis dəmirçilik və s.

   Şəki Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən biri olub, 2700 il bundan əvvəl Böyük Qafqaz Silsilə dağlarının cənub ətəyində ( Bakıdan 370 km şimal-qərbdə ) yaranmışdır. Minnillik tarixi boyunca şəhər dəfələrlə boşalmaya (dağılmaya) məruz qalmış, bunun bariz nəticəsi olaraq dövrümüzə qəlib çıxmış tarixi və arxitektura abidələrinin üzərində guya onların 16-19 cu əsrlərə aid olduğu yazılmışdır.

Dövrünün ən gözəl incilərindən olan, bütün Şkililərin onunla fəxr etdiyi Şəki Xan Sarayı 1762 ci ildə tikilmiş və onun inşasında birdənə də mıxdan istifadə edilməmişdi. Əsrlər boyu Şəki barama-çılıq, malqaraçılıq, tütün, meyvə, tərəvəz, buğda sahələrinin yetişdirilib, becərilməsinin əsas mərkəzlərindən biri olmasıyla tanınmışdır.

Marxal istirahət guşəsi Azərbaycanın mənzərəli məkanlarından biridir. Tarix muzeyi, bacarıqlı ustaları sənət əsərləri ilə dolu olan Sənət evi, orta əsrlərə aid Karvansarayın (artıq bir neçə ildi ki bərpa edilib və mehmanxana kimi istifadə edilir) yalnız kiçik bir qismi turistlər üçün maraqlı olacaq bi şəklini qoruyub saxlamışdır. Şəkili zərgər, dulusçu, nəqqaş, şirniyyatı nəinki Azərbaycan həmçinin Xaricdə də məşhurdur.

Şəki həmçinin 18 ci əsrə aid Xanın Yay Sarayı ilə məşhurdur. İki mərtəbəli bu bina müxtəlif freskalarla (birinin uzunluğu 25m) bəzədilmiş və şəbəkəylə (incə boyalarla şüşə işləmə) işlənmişdir (şəhərin şimal tərəfi). Bundan başqa saray qalaya baxır ki bu da onu cəlbedici edən amillərdən biridir.

Qalanın iki qapısı, şimal və cənub tərəflərində mühafizə üçün nəzərdə tutulmuş bürcləri və 1960 cı illərdə bərpa edilməsini nəzərə alarsaq, bu qala Azərbayvcandakı qalaların arasında ən yaxşı vəziyyətdə qalanlardan biridir. Qala divarlarının arxasında iki muzey yerləşir. Böyüyü müxtəlif dövrlərə aid tarixi qalıntılarla zəngin olan (bura ticarət və ipək istehsalının qalıntıları da daxildir) Şəki Tarix Muzeyidir. Digəri 19 cu əsrə aid kilsə olub hal hazırda İncəsənət Muzeyi kimi fəaliyyət göstərir.

Şəki dünya okeanı səviyyəsindən 500-850 m hündürlükdə yerləşir. Baş Qafqaz silsiləsinin qarlı zirvələrinin yüksəkliyi bəzi yerlərdə 3000-3500 m-ə çatır. Dağlarda Yura, Təbaşir, dağ ətəklərində Neogen və Antropogen söküntüləri yayılmışdır.

Günəşli saatların illik miqdarı 2350  saatdır. Günəşli saatların 40%-i yay aylarının payına düşür. İl ərzində 1sm2 səthə 122 kkal günəş radiasiyası düşür. Şəkinin iqliminə siklon  və antisiklonlar,  müxtəlif hava kütlələri və yerli küləklər təsir edir. Qışqa arktika və mülayim hava kütlələrinin əraziyə daxil olması nəticəsində havalar kəskin soyuyur, yayda tropik havaların daxil olması havanın isti keçməsinə səbəb olur.

Yayda Şəkidə dağ-dərə yerli küləkləri əmələ gəlir. Buna səbəb dağ ilə dərə arasında təzyiq fərqinin yaranmasıdır. Böyük Qafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin qarşısını kəsir. Buna görə Şəkidə yanvar  temperaturu 0,50 olur. Şəkidə orta illik temperatur 120-dir. İyun, avqust aylarında orta temperatur 200-250 arasında  dəyişir.

Güclü küləklər (surəti 15 m/san çox) Şəkidə seyrək hallarda əsir il ərzində  cəmi 10-12 gün güclü külək olur. Surəti saniyədə 1m-dən az olan  fəlakətli hava Şəkidə tez-tez müşahidə edilir. Yağıntının  miqdarı ildə 730 mm-dir. Bunun yarisi may, iyun, sentyabr, oktyabr aylarında yağır.

Ən az yağıntı avqust (35mm), yanvar (29mm) və fevralda (36 mm) olur. Kiş kəndində 775 mm, Xan yaylağında 1000 mm-dən artıq yağıntı düşür. Sel, tufan, güclü dolu kimi təbiət hadisələri Şəkidə və  onu əhatə edən dağ və düzənliklər üçün səciyəvidir.

Sel hadisəsi  daha tez-tez müşahidə edilir. Yatağı şəhərin qərb hissəsinə yaxın olan Kiş çayı hövzəsi dünyanın ən güclü sel gedən yerlərindən biridir. Quruçay adlanan yerdə Kiş çayının gətirmə konusuna uzun  illər boyu  dağlardan qum, daş, palçıq toplanmış olduğundan onun mərkəzi hissəsi şəhərin Dodu  məhəlləsinə nisbətən hündürdür.

Tufan və dolu. Bu iki atmosfer hadisəsinin sıx əlaqəsi var. Dağlıq relyef, yay aylarında güclü qızma və yüksək buxarlanma Şəkidə dolu hadisələrinin əsas amilləridir. Dünyada ən böyük dolu parçaları Şəki rayonunda 1850-ci ildə qeydə alınmışdır.

Hadisə Tbilisidə çıxan Daxili İşlər Nazirliyinin jurnalında tasvir edilmişdir. Jurnalda xəbər verilirdi ki, ağırlığı 10 kq-a çatan buz parçaları damların üstündə hörülmüş 7 qat qamışı qırıb keçmişdir. Şəkidə dolu olan günlərin orta illik sayı 1,4 –dür, yəni 10 ildə 14 dəfə dolu yağır.

Dəniz səviyyəsindən 500-850 m. Hündürlük ətrafında olan dağ meşələri şəhərin qızmasının qarşısına alır. Dağ meşələri şəhərin sellərdən qorunmasina imkan verir, şəhərin mənzərəsini daha da gözəlləşdirir.

Şəki rekreasiya obyektlərinin zənginliyinə görə Azərbaycanın başqa  kurort yerlərindən fərqlənir. Marxalda, Soyuqbulaqda, Gələrsən-görərsən qalası yaxınlığında yaradılan istirahət və xidmət obyektləri, turist bazası şəhərin rekreasiya imkanlarını daha da artırır.

Cimli dağ-çəmən, qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən-meşə, boz qonur torpaqlar yayılmışdır. Meşələrdə palıd, fıstıq, vələs ağacları geniş sahə tutur. Heyvanat aləmi zəngindir.

Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır.  Kiş əyriçayının sağ qolu olub uzunluğu 33 km, hğvzəsinin sahəsi 265 km2-dir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 metr yüksəklikdən başlayır. İllik axın həcmi 116 min m3-dir. Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır