Şəkidə otellər

Sheki Saray hotel

Sheki otelleri-Sheki Saray hotel-qiymetleri,onlayn sifariş,teklifler

Sheki otelleri-Sheki Saray hotel-qiymetleri,onlayn sifariş,teklifler

Şəki Saray otel Azərbaycan regionları içərisində ilk açılan biznes üslublu otellərdən biridir. 2006-cı ildə Şəki şəhərində fəaliyyətə başlayıb. Müasir memarlıq üslubu ilə qonaqların xidmətindədir. Şəki Saray otel Şəki şəhərində tam mərkəzi mövqedə yerləşir. Beş mərtəbəli mehmanxan kompleksinin daxilində restoran və eləcə də lobbi və bar xidmətinizdədir. Beynəlxalq otel axtarış sistemi olan booking.com da otel 3 ilə ərzində qonaqların verdiyi dəyər ilə on ballıq sistemdə doqquz bal almışdır. Şəki Saray otelin ən üstün cəhətlərindən biri və eləcə də ən əsası personal heyətidir.

Personal qonaqların istirahətinin unudulmaz olması üçün bütün lazımi xidmət keyfiyyətinə malikdir. Ən az sizin üçün iki dil bilən personal (ingilis və rus) daim front office-də çalışır. Eləcə də siz otel daxilində pulsuz və yüksək sürətli internet təqdim olunur. Avtomobil dayanacağı pulsuzdur. Və Şəki Saray otelin 24 saat təhlükəsizlik xidməti var. Şəki Saray oteldə eləcə də çamaşırxana xidməti qonaqların istifadəsindədir. Şəki Saray oteli Şəkiyə biznes və ya əyləncə məqsədi ilə gələn qonaqlara özünəməxsus xidmət verən dörd ulduz dərəcəli bir mehmanxanadır.

Müasir üslubda inşa edilmiş Şəki Saray Hotelindən Böyük Qafqaz dağlarına füsunkar bir mənzərə açılır. Otel şəhərin mərkəzində yerləşir. Eyni zamanda otel daxilində fəaliyyət göstərən Şəbəkə retoran Buta bar xidmətlərindən şəhərimizn qonaqları istifadə edə bilərlər. Sizin ideal istirahətiniz üçün Şəki Saray oteldə bütün məqamlar nəzərə alınmışdır.

Şəki Saray otelinin qonaqlara göstərdiyi xidmətlər arasında yemək təqdim etmə xidməti xüsusi yer tutur. Biz daim qonaqlarımıza əsasən yerli məhsullardan zövqlə hazırlanmış beynəlxalq və yerli mətbəxləri özündə əks etdirən salatlar, məzələr,pizzalar, səndviçlər, şorbalar, isti yeməklər və şirnilər təklif edirik.

Şəbəkə Yeməkxanası

Şəbəkə Yeməkxanası mehmanxananın lobbisinin sol hissəsində, Buta barın yanında yerləşir. Yeməkxana mehmanxanada yaşayan və şəhərdən gələn qonaqların rahat girişi üçün qonaq liftinə və əsas girişə yaxın bir yerdə yerləşir. Yeməkxananın rəng çalarlarında sarı və şabalıdı rənglər üstünlük təşkil edir ki, bu da ağacdan düzəldilmiş stollar, divarda qurulmuş ocaq yeri və şəkillərlə təmasda xüsusi bir görkəm yaradır. Yeməkxananın dizaynı onu hər üç əsas yemək vaxtları üçün istifadə edilməsinə imkan verir.

Buta bar qonaqların asudə vaxtlarını müxtəlif çeşid sərinləşdirici və spirtli içkilər sifariş etməklə keçirmələri üçün xüsusi zövqlə dizayn edilmiş gözəl bir bardır.Buta barda qonaqlara dünyanın müxtəlif ölkələrində hazırlanmış ağ və qırmızı şərablar, viskilər, konyaklar, vodkalar, kokteyllər və s. təklif olunur. Bar hotelin əsas girişindən sağ tərəfdə yerləşir.Barda mövcud olan isti mühit qonaqlara müxtəlif növ hadisələri qeyd etmək üçün gözəl şərait yaradır.Belə hadisələrə uğurlu razılaşmaların geyd olunması, digər insanlarla ünsiyyət və şam yeməyindən əvvəl iştah açıcı içkilər içmək kimi hadisələr aid oluna bilər.

Atrium Lobbi

Atrium lobbi hotelin 1 ci mərtəbəsində, əsas girişlə üz-bə-üz, Şəbəkə restoranının yanında yerləşir. Geniş şəkildə ağac məmulatlarından zövqlə işlənilmiş incə və rahat oturacaq dəstləri buranı qonaqlarımız üçün görüç yeri kimi istifadə olunması üçün ideal bir yerdir.Burada qonaqlar həzin klassik musiqi ilə müşaiət olunan erkən səhər yeməyi və yüngül nahar yeməyi yeyər, axşamlar isə jazz musiqisi altında müxtəlif çeşid kokteyllər sifariş edə bilərlər.

Otaq Xidməti

Otaq xidməti şöbəsi mehmanxananın mətbəxinin yerləşdiyi alt mərtəbədə yerləşir ki, bu da yeməklərin isti şəkildə dərhal otağa catdırılmasına kömək edir.Otaq xidməti menyusu digər restoranların meyularını da özündə birləşdirməklə qonaqlarımız üçün günün istənilən vaxtında otaqlarına sifariş edə bilmələrini təmin edir

 

Bir sözlə Şəki Saray otel xidmət keyfiyyəti və unudulmaz istirahət ən əsası qiymət və keyfiyyət ənənəsinə malik bir oteldir. “Sheki Tour” adından sizlərə Şəki Saray mehmanxanasını tövsiyyə edirik. Xoş istirahətlər.

Şəki Saray otel Otaq sifarişi *** Şəki otelləri 

Sheki otelleri-Sheki Saray hotel-qiymetleri,onlayn sifariş,teklifler

  • Queen otaq (Bir böyük çarpayılı)                                     90 azn
  • Twin otaq (İki kiçik çarpayılı)                                       100 azn 
  • Junior otaq (Bir böyük çarpayılı)                                110 azn 
  • King otaq (Bir böyük çarpayılı)                                    150 azn 
  • Executive Suite (Bir yataq və bir qonaq otağı)         250 azn
  • Presidential Suite (İki yataq və bir qonaq otağı)      300 azn

Sifariş

Contact

+994(55) 406-06-88 info@shekitour.com