Azərbaycan gəzməli yerlər

Şəkixanovların evi

Şəkixanovlarin evi

Haqqında

Təsvir olunan yaşayış evlərinin inkişaf etmiş forması Şəkixanovların evidir. Bu ev xalq xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır. Irəli uzanmış düzbucaqlı formada olan ikimərtəbəli bina Şəki alq yaşayış evlərinin əlamətlərini saxlayaraq əsasən interyərdəki zəngin dekartiv elementlər binanı saray tipli tikintilərə bənzədir. Bundan əvvəlki olduğu kimi küçəyə çıxan divarlarda tamamilə boşluq yoxdur. Planda və fasadda isə evin iş yaşayış və qonaq hissələrinə bölündüyü aydın görünür. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pillələrlə yerləşən otaqlara birləşir. Birinci mərtəbədəki otaqlar qış sarayının otaqları olduğu üçün burada buxarılar yerləşir. Bina kəllə divarın biri ilə qonşu binaya söykənir. O biri divar isə çardağa qalxan pilləkən birləşir. Salonun belə zəndgin və müxtəlif dekorasiya ilə bəzənməsi çox rəngli “şəbəkə” ilə tamamlanır. Və zalın fasad divarının bütün səthini tutur. Rəngli şüşələrdən düşən işıq divarlarda döşəmədə və tavanda rənglər parlaqlığını yaradır.

şəki öz qədimliyi, unikal tarixi abidələri, füsunkar təbiəti ilə göz oxşayır. Hələ bunlardan əlavə şəki mətbəxi, özünəxas şirniyyat nemətləri ilə bura gələnləri ağız adında təməlli dəyişikliklər etməyə hazırdır. Belə ki şəki həm də özünəxas zarafatları , gülərüz insanları ilə nəinki Azərbaycanda hətta dünyada məşhurdu. şəki nin turizm baxımından bir çox üstünlükləri ilə məşhurdur.

şəki ümumi tarix ərzində sözün əsl mənasında xərtidən silinib. Belə ki şəki yə gələn güclü sel fəlakəti şəhırin böyük bir hissəsini tamamilə yuyub aparır. Hal hazırkı yuxarıbaş və gəncəli məhlələri məhz həmin dövrdən şəhər olaraq salınıb və şəki indiki müasir vəziyyətinə şəhərləşmə qaydasına burdan başlamnışdır. Hal hazırda şəhərin yuxarı baş tarix memarlıq qoruğu olması və UNESCO-nun milli mədəni irs siyahısına qatılması təsadüfi deyil. Bəzi tarixi mənbələrin verdiyi məlumatlara əsaslanaraq deyə bilərik ki şəki 2700 il tarixə malikdir. şəki demək olar ki hər kəsin dəfələrlə ziyarət etdiyi Xan sarayı, Karvansaryalar, və yuxarı baş tarix memarlıq qoruğundan başqa eyni zamanda Kiş alban məbədi şəhərin qədimliyini dəfələrlə sübut edən tarixi məkanlardır. Sizə tövsiyyəmiz şəki də qonaq olduğunuz zaman qədim şəhəri mütləq ziyarət edin. Həmçinin mütləqdir ki piti və şəki yə xas olan şəki halvası dadmadan şəki dən ayrılmaq olmaz. Fərş döşənmiş yollarla gəzmək insanda sanki tarixə toxunmaq, və onu duymaq şansı verir. Siz eyni zamanda şəki şəhərinin otelləri, kirayə evləri, hostelləri, və villaları ilə tanış olun. Gecələmə xidmətindən istifadə edin. Və şəki əhalisinin yaşayışı ilə tanış olun. Şəhərin daha bir özəlliyi isə dağlarla meşələrlə əhatə olunmasdır. Hal hazırda bir sıra meşə kompleksləri varki turistlərin istifadəsinə verilib. Təbii ki bizim sizə hazırladığımız turlarda heç şübhəniz olmasın tarix və təbiət unudulmayıb. Bunun üçün turlar bölməsindən tanış olun. Eyni zamanda şəki şəhərində elə tarixi yerlər var ki əvəzsizdir. İnsanları özünə heyran edir. Təbii ki turlar bölməsindən tanış ola bilərsiniz. Bir sözlə sşəki qədim şəhərdir.