Azərbaycan gəzməli yerlər

Şəki Xan sarayı

Şəki Xan sarayı

Haqqında

” Əgər Azərbaycanın başqa tarixi abidələri olmasaydı bircə Xan sarayını dünyaya göstərmək kifayət edərdi. ”

Nazim Hikmət bu sözləri Azərbaycana səfəri zamanı Şəki Xan sarayını ziyarət etdikədn sonra deyib. Şəki Xan sarayı dünya tarixi incilərindən biridir. Biz bu dəfə sizə ümumiyyətlə bu bölmədə sizlərə Şəkidə olan və eləcə də Azərbaycan şimal-qərb turizm marşrutuna daxil olan digər bölgələrdə olan tarixi abidələr haqqında məlumat verəcəyik. İlk olaraq Xan sarayı ilə bu mövzuya başlamaq təbiidir çünki sizlərin Şəkidə olarkən ilk ziyarət etdiyiniz yerdir Şəki Xan sarayı. Elə isə başlayaq….

Şəki xanlarının sarayı Azərbaycanın orta əsr memarlığının ən gözəl nümunəsidir. Əgər bu fikri Nazim Hikmətin sözləri ilə desək “Əgər Azərbaycanın başqa qədimi tikililəri olmasaydı bircə Şəki Xan sarayını dünyaya göstərmək kifayət edərdi.” Dünyada öz orjinallığı ilə yeganə olan Şəki Xan sarayı 1762-ci ildə Hüseyn xan tərəfindən tikilmişdir. Sarayın xüsusi tikinti üslubu var. Belə ki hər kvadratmetr şəbəkə beş min bir-birinə geydirilən hissədən ibarətdir. Sarayda xalq təsviri incəsənətinin bir çox növləri ümumiləşmişdir. Şəki xanlarının sarayı şəhərin yuxarı hissəsində yüksəklikdə yerləşir. Saray qalanın içərisindədir. Bu kompleksdən indi sarayda başqa bir hovuz yəqin ki dəyişdirilmiş formada fasadın qarşısında isə bir neçə çinar ağacı qalmışdır. Saray qala içərisində olmasına baxmayaraq köhnə Şərq şəhərləri üçün səciyyəvi olan əlavə divarlarla əhatə olunmuşdur. Hər şeydən əvvəl bütün ərazinin düzgün planlaşdırılması diqqəti cəlb edir. Belə ki burda olan bütün tikililər kompozisayaya uyğundur. Bundan əlavə Şəki an sarayı haqlı olaraq yay sarya pavilyonu adlanır. Qış sarayı hesab olunan bina isə çox güman ki bağlar arasında bir qrup yaşayış binlarının arasında yerləşirdi. Şəki xan sarayının ön fasadı isə cənuba baxan ikimərtəbəli binadan ibarətdir. Mərtəbələrin planı eynidir. Digər bir maraqlı cəhət isə Şəki an sarayının interyerində naxışlar xüsusi maraq doğurur. Naxışlar hər iki mərtəbənin qıraq otaqlarındadır. Xüsusi ornamentlərlə bəzədilmiş bu formalar tədqiqatçıların diqqətini daha çox cəlb edir.

Biz bu qısa məqalə ilə sizin üçün kiçicik də olsa bir məlumat verməyə çalışdıq. Və təbii ki tamamilə Xan sarayını anlatmağa başlamış olsaq… Bəli üç nöqtə. Elə ən yaxşısı hekayəmizi burda saxlamaqdır. Və bundan yaxşısı isə Şəkiyə qonaq gəlin. Bütün bunları öz gözlərinizlə görün.