Categories
Tarixi abidələr

Şəki Şəhər Dövlət Tarix-memarlıq qoruğu

Şəki şəhər dövlət tarixi memarlıq qoruğu :

  • Şəki şəhərinin qədimliyini, burada tarix-memarlıq abidələrinin çoxluğunu və bunun dünya mədəni irsində xüsusi yeri olduğunu nəzərə alaraq Respublika Nazirlər soveti 24 noyabr 1967-cı il tarixli qərarla şəhərimizin “Yuxarıbaş” hissəsini Tarix –memarlıq Qoruğu elan etmişdir. Memarlıq qoruğu və Şəki Xan sarayı dünya əhəmiyyətli daşınmaz tarix  və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.
  • Ulu babalarımızın bizə yadicar qoyduqları Xan sarayı, Şəki xanlarının evi, dairəvi məbəd, qala divarları qoruğun memarlıq incilərindəndir. Möminlərin ibadət yeri olan Cümə məscidi, Ömər Əfəndi məscidi, Xan məscidindən başqa məhəllə məscidləri də qoruq ərazisindədir. Burada yerləşən 1 və 3 saylı ipək əyirici və burucu fabrikləri də əhalinin ta qədimdən ipəkçilikdə texniki üsullardan istifadə etmələrindən  xəbər verir.
  • O dövrdə tikilmiş beş karvansaraydan ikisi indiyə qədər qorunub saxlanılır. Mehmanxana kimi istifadə edilən Yuxarı Karvansaray indi də səyahətçilərin zövqünü oxşayan yerlərdən biridir.
  • “Yuxarıbaş”ı iki hissəyə bölən Qurcana çayı üzərində xüsusi memarlıq üslubu ilə tikilmiş tağlı körpülər bu ərazini birləşdirir.
  • Orta əsrlər memarlığının yadigarı olan Ağvanlar, Dərə və Yeraltı hamamlar bu ərazidə yerləşir.

Xalqımızın milli sərvəti və iftixarı olan diyarşünaslıq, tətbiqi sənət, M.F.Axundovun, R.Əfəndiyevin, S.Rəhmanın ev muzeylərinin və Dövlət Rəsm qalareyasını da qoruq öz qoynuna almışdır. Xalqımızın and yeri olan Şəhidlər Xiyabanı və 1941-1945-ci il Böyük Vətən müharibəsi illərində həlak olan şəklilərin xatirəsinə ucaldılmış abidələri ziyarət etmək istəyənlər qoruq ərazisinə gəlirlər.