Categories
Tarixi abidələr

Şəki Qalası – Narınqala

Şəki Qalası – Narınqala

  • Şəki rayonu ərazisində digər maddi-mədəniyyət abidələri ilə bərabər müdafiə tikililərinin də varlığı bu diyarın böyük strateji  əhəmiyyətə, qədim və keşməkeşli tarixə, zəngin tikinti təcrübəsinə malik olduğunu göstərir.
  • Belə tikililərdən biri də Şəki Narınca qalasıdır. O, şəhərin şimal-şərq hissəsində cənubdan 710 metr, şimaldan 750 metr, dəniz səviyyəsindən yüksəklikdə, səfalı bir ərazidə yerləşir. Qala Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan, Şəki xanı Hacı Çələbinin dövründə (1743-1755) tikilmişdir.
  • Onun divarlarının xaricdən ümumi uzunluğu 1300 metrdir. Ərazisinin relyefi və müdafiə əhəmiyyəti nəzərə alınaraq qalanın cənubdan hündürlüyü 8 metr olduğu halda, şimala doğru 4 metrə enir. Divarın qalınlığının 2,2 metr olması onun möhtəşəmliyini və davamlılığını bir daha artırır. Qalanın cənubdan və şimaldan 2 tağlı darvazası, bürcləri və 1000-dən artıq mazğaları vardır.
  • Şəki xanlığının iqamətgahı olan “Xan sarayı” da qalanın şimal şərqində yerləşir.