Şəki Mədəniyyəti

Azərbaycan mədəniyyəti,təhsili və elminin bir sıra görkəmli nümayəndələri Şəkidə yaşayıb yaratmışlar.Onların arasında M.F.Axundov,Molla Cümə,Rəşidbəy Əfəndiyev,Salman Mümtaz,Hacı Həsən Mollazadə,Bəxtiyar Vahabzadə,Sabit Rəhman,Hikmət Ziya, Abduləzzəl Dəmirçizadə,Zülfüqar Zülfüqarzadə,Şəfiqə Axundova, Mahmud İsmayılov,Əsgər Əyyubov,Əlövsət Sadıqov,Şəkili Ələsgər,   Rasim Ocaqov,Lütfəli Abdullayev,Emin Sabitoğlu,İsmayıl Osmanlı kimi elm,incəsənət xadimlərini misal göstərmək olar.

Hal-hazırda Şəkidə 176 mədəniyyət müəssisəsi:5 muzey,87 kitabxana,3 park,76 klub və mədəniyyət sarayı,5 uşaq musiqi məktəbi,Dövlət rəsm qalereyası, tarixi arxitektura abidələri mövcuddur.Şəkidə həmçinin Azərbaycan Pedaqoji İnstitutunun filialı,4 orta məktəb-pedaqoji,musiqi, tibbi ,texnologiya və 2 peşə məktəbi fəaliyyət göstərir.

1972-ci ildən etibarən Elmlər Akademiyasının Elmi Mərkəzi fəaliyyətə başlamışdır.Hal-hazırda bu İnstitut bıyük elm mərkəzinə çevrilmişdir.Şəkidə tərkibində 33360 şagirdin təhsil aldığı və 4300 müəllimin işlə təmin olunduğu 100 məktəb fəaliyyət göstərir.Qədim tarixə malik bu şəhər öz baramaçılığı və sənətkarlığı ilə məşhurdur.

Yerli əhali 20 növ müxtəlif incəsənət üzrə məşğul olur. Bunlar:zərgərlik,dulusçuluq(saxsı qab),dəri-geyimi,papaqçılıq,dülgərlik, folklor çalğı alətlərini istehsalı,mis dəmirçilik və s.