Azərbaycan gəzməli yerlər

Şəki Karvansaray

Şəki Karvansarayları

Haqqında

Şəki əsasən sənətkarlıq və ticarət şəhəri olduğundan burada çoxlu bazar və karvansaraylar tikilmişdir. şəkidə hal hazırda iki karvansaray vardır. Qurcanaçayın sağ sahili boyunca əsas obyekti şəhərin əsas özünəməxsus işgüzar mərkəzi Yuxarı və Aşağı Karvansaraylar sayılır. Məlumdur ki feodal Şərqinin əsas ictimai tikililəri növlərindən biri də karvansaraylardır. Azərbaycan gələn tarixçilər və səyyahların hamısı demək olar ki karvansarayları öz xatirələrində yad edirlər. Orta əsrlərdə karvansaraylar şəhər quruluşunda əsas yer tutur. Buna misal olaraq Təbrizdə 200 yaxın karvansaray misal göstərmək olar. Karvansaraylar həm şəhərlərdə həm də ticarət yollarında tikirdirlər. Ancaq karvansaraylar şəhərdə yerləşdiyi zaman bura həm də ticarət yerinə çevrilirdi. XVIII XIX əsrlərdə Şəkidə “İsfahan” “Təbriz” “Ləzgi” “Erməni” “Təzə karvansaraylar” adı ilə tanınan 5 böyük karvansaray var idi. Bunlardan indiyədək iki karvansaray Aşağı və Yuxarı Karvansaraylar qalmışdır. Hər iki karvansaray XVIII əsrə aiddir. Yuxarı Karvansaray. Yuxarı Karvansaray ümumi sahəsi 6000 kv.m hündürlüyü sŞəki çəsinə baxan hissədə 14 metr içəri üzdən isə 8 m-dir. Bina 300-dən artıq otaq və zirzəmidən ibarətdir. Yuxarı Karvansaray Öz ölçülərinə və həcminə görə Azərbaycanın ərazisində qeyd olunan ən böyük karvansaraydır. Yuxarı Karvansaray əsas fasadı çaya tərəf yönəlmişdir. Zəngin bəzənmiş girəcəyin əsas tağı çaysahili relyefin maili olduğu nəzərə alınaraq üçüncü mərtəbənin səviyyəsində tikilmişdir. Qeyd etmək lazımdır ki memar sahənin sıldırımlı relyefindən bir neçə metrə çatan mailllikdən çox məharətlə istifadə etmişdir. əsas fasadın səthi karnizlərlə bir neçə horizontal hissələrə ayrılmışdır. Iki mərtəbə hündürlüyündə olan aşağı hissə tağ boşluqlarına yerləşdirilməklə iki işıqlı pəncərələrlə işlənmişdir. Həyətin içərisi sadə formalarla verilmişdir. Binanın eyni ölçülü bütün otaqları tağbənd örtüyü var. Qeyd etmək lazımdır ki yük heyvanları üçün lazımi miqdarda at bağlanan yer və hovuzlar nəzərdə tutulmuşdur. Aşağı karvansaray Aşağı karvansaray ümumi sahəsi 8000 kv.m dir. Binada 242 otaq və zirzəmi vardır. Aşağı karvansaray dörd tərəfindən böyük giriş divarları vardır. Darvazalar bağlananda Aşağı karvansaray Alınmaz bir qalanı xatırladır. Qeyd etmək lazımdır ki Aşağı karvansaray Şərq karvansaraylarına xas olan cəhətlər vardır. Hal hazırda kompleks turizm xidmətləri göstərən Aşağı karvansaray Tusitlər üçün unudulmaz tarixi anlar yaşadır. Son sözümüz olaraq XVIII əsrin ikinci yarısından yenidən tikilmiş Şəki şəhəri özünün vahid üslubu ilə və memarlığı ilə səmərəli istifadə edilmiş yerli təbiətin gözəlliyi ilə fərqlənir. Yüksək dərə təpəli relyefdə yerləşmiş kərpic və çay daşları ilə tikilmiş səciyyəvi dərin eyvanlı binalar Azərbaycanın bu şəhərini öz gözəlliyini dilbər guşədə olmağını əks etdirir.