Qax otelləri

Qax Uludağ otel

Uludağ istirahət kompleksi

İlisu kəndi Qax şəhərindən 12 km şimal-şərqdə, Baş Qafqaz sıra dağlarının ən gözəl yerlərindən birində yerləşir. Ətraf ərazinin flora və faunası öz ilkinliyini qoruyub saxlamışdır, mövcud füsunkar təbiət həmişə Azərbaycanın yerli əhalsinin və qonaqların diqqətini çəkir. Ilisu kəndi qədim yaşayış məntəqələrindən biridir, dəniz səviyyəsindən 1400 m yüksəkdə yerləşir. İlisu Uludağ Turizm və İstirahət Kompleksi  Qax rayonunun İlisu kəndinin ərazisində 4 hektar ərazini əhatə edir və ilboyu xidmət göstərir. Kompleksə mərkəzi kompleks binası, iki mərtəbəli və bir mərtəbəli daş və taxtadan tikilmiş kotteclər daxildir. Mərkəzi kompleks binada müəssisənin ofisi, 150 yerlik kafe, diskoteka, internet mağaza və s. xidmət mətəqələri yerləşir. Binalarda turistlərin dincəlməsi üçün lüks və yarımlüks tipli otel şəraiti yaradılmışdır.

İlisu •Uludağ Turizm və İstirahət Kompleksi• Qax rayonunun İlisu kəndinin ərazisində dag döşündə 4 hektar ərazini əhatə edir və ilboyu xidmət göstərir. Kompleksə mərkəzi kompleks binası, iki mərtəbəli və bir mərtəbəli daş və taxtadan tikilmiş kotteclər daxildir. Mərkəzi kompleks binada müəssisənin ofisi, 150 yerlik kafe, diskoteka, internet mağaza və s. xidmət mətəqələri yerləşir. Binalarda turistlərin dincəlməsi üçün lüks və yarımlüks tipli otel şəraiti yaradılmışdır.

İlisu tarixi abidələr baxımından çox zəngindir. Turist marşrutlarına Sumu Qalaya, qədim alban məbədlərinin xarabalıqlarına, qədim Şəki yolu ilə Kum, Likit yaşayış məntəqələrinə, müqəddəs Georgi məbədinə, qədim məscidə və s. yerlərə gəzinti nəzərdə tutulur. Şamil qalasının xarabalıqlarından Dağıstanla aramızda son yaşayış məntəqəsi olan Sarı-baş qülləsi görünür. Kompleksdə müalicə əhəmiyyətli olan isti suda vanna qəbul etmək olar.

Yerləşmə imkanları

Rahat kottec tipli evlər.
2-3-5 nəfərlik 2 otaqlı apartamentlər.
Şərq və avropa üslublu 150 yerlik restoran, terras.
Dəniz səviyyəsindən 1400 m yüksəklikdə üzgüçülük hovuzu, futbol, voleybol, basketbol meydançalari, tennis kortu, bilyard, stolüstü tennis, diskoteka, üşaq meydançası və s.

Bir günlük qalmaq, səhər yeməyi və əyləncələr daxil:
1 otaqlı 2 nəfərlik daş kotteclər -60 AZN,
2 otaqlı 2 nəfərlik taxta kotteclər-60 AZN,
2 otaqlı 3 nəfərlik daş kotteclər-90 AZN,
2 otaqlı 4 nəfərlik taxta kotteclər-100 AZN

Qeyd: 1 nəfərin 3 dəfə yemək və qalmaq xərci 60 azn.

Uludağ Istirahət və turizim mərkəzində fəaliyyət göstərən çimərlik hvuzları, diskoteka, stolüstü tennis, bilyard zalı, uşaq meydançası, futbol meydançası, voleyboll meydançasından istifadə pulsuzdur.
Elave çarpayıya gorə əlavə 10 azn ödənilir.

Uludağ Istirahət və turizm mərkəzində:
• 240 nəfərlik kotec tipli mənzillər;
• 300 nəfərlik açıq və qapalı restoran;
• 50 nəfərlik hovuz ətrafı açıq kafe;
• 50×25 metrlik böyük və iki kiçik hovuz;
• Müalicəvi vannalar;
• Diskoteka;
• Stolüstü tennis
• Bilyard zalı;
• Futbol meydançası;
• Volleybol və basketbol meydançası;
• Badminton;
• Tir;
• Katamaranla gəzinti;
• Uşaq meydançası.

Əlaqə

Telefon 

  • +994(55) 406-06-88

Email 

  • info@shekitour.com
  • sales@shekitour.com

Otaq sifarişi