Qax haqqında

Qax-Azərbaycanın şimal-qərb turizm marşrutunda yerləşir. Ən gözəl təbiətə malik şəhərlərdən biridir. Qax – bu ad haqqında tarix boyu bir neçə fikirlər söylənmişdir. Söylənənlərdən, “qaq” tayfası bu ərazinin ən qədim tayfalarından biri olmuşdur. Sonralar bu söz “qax” kimi işlənərək bu günümüzə qədər gəlib çatmışdır. Bu ad barəsində elmdə müxtəlif mülahizələr söylənilir. Belə ki, hələ 3000 il bundan əvvəl, bu ərazidə yaşamış ən iri tayfalardan biri elə qax adlı tayfa idi. Həmin tayfanın bir qolu olan “er” qəbiləsi (“er”, “ər”, yəni cəsur , igid) hələ 2700 il bundan əvvəl xatırlanmışdı. Çox güman ki, qaxlar həmin ərazidə qədim dövrlərdən mövcud olmuşlar və böyük bir ərazidə yaşayıblar. Qax adı V əsr hadisələri ilə əlaqədar gürcü tarix mənbələrində xatırlanır. VIII əsrə aid gürcü mənbələrində Qaxin indiki ərazisi Qax-Ubani, yəni Qax obası adlanırdı.

Əhali

Qaxın əhalisi 56.4 min nəfər olmaqla 59 yaşayış məntəqəsini(1 şəhər, 58 kənd) özündə birləşdirir. 82.51 %-ni azərbaycanlılar, 13.98 %-ni ingiloylar, 1.89 %-ni saxurlar, 0.48 %-ni ləzgilər və 1.14 %-ni digər millətlərin nümayəndələri təşkil edir. 1 şəhər və 58 kənd vardır.

Coğrafi mövqeyi

Qax Şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala və cənub şərqdən Şəki inzibati rayonları ilə həmsərhəddir.

İqlim

Rayonun iqlimi cənub hissədə quru subtropik, mərkəzi hissədə mülayim isti, yarım rütubətli subtropik, yüksək dağlıqda soyuqdur. Orta temperatur yanvarda düzənlik ərazidə 2 dərəcədən yüksək, dağlıq ərazidə mənfi 10 dərəcəyə qədər, iyulda müvafiq olaraq 26 oS və 50 oS-dir. İllik yağıntı cənubda 300mm, şimalda 1600mm-ə qədərdir.

Torpaq örtüyü:
Rayonun torpaq örtüyü çox müxtəlifdir. Burada çimli dağ-çəmən, qonur dağ-məşə, allüvial çəmən-meşə, allüvial-çəmən, şabalıdı və karbonatlı yuxa qara torpaqlar yayılmışdır. Rayonun dağlıq ərazisində alp və subalp çəmənləri və enliyarpaqlı meşələr(palıd, fıstıq, vələs, qoz, şabalıd vəs.) geniş sahə tutur.

Heyvanat aləmi:
Rayonun faunası çox zəngindir. Rayon ərazisində yaşayan heyvanlardan Azərbaycan Respublikası “Qırmızı Kitab”ına düşmüş Vaşaq, Çöl pişiyi, Qarapaça, quşlardan İri qırğı, Berqut, Toğlugötürən, Qafqaz uları, Qafqaz tetrası, Kəklik, Bəzgəgkimiləri vardır. Bunlarla yanaşı rayonun dağlıq ərazisində ayı, canavar, çaqqal, tülkü, meş və Qamışlıq pişiyi kimi yırtıcı heyvanlar, maral, Cüyür, Dağıstan dağkeçisi, Çöl donuzu, cütdırnaqlı ov heyvanları və s. yayılmışdır.

 

Gəzməli yerlər

  • Qax şəhər parkı
  • Qax şəhər stadionu
  • Qax İçəribazar
  • İlisu
  • Uludağ
  • Ulu körpü
  • Ləkit kəndində Mamırlı şəlaləsi
  • Sumuq qala
  • Qalaça (Şamil qalası)
  • Beş bulaq
  • Səngər bulaq

Dağlar: 
Rayonun ən uca zirvələri Murana, Partizan, Qəbirliqaş, Yarpızbasan, Qıcalı hesab olunur.

Şəlalələr: 
İlisu kəndində Ramramay şəlaləsi hündürlüyü 25 metrdir. Ləkit kəndində öz unikallığı ilə seçilən şəlalə. Şəlalə 2006-cı ildən Azərbaycan Respublikası Nazirlər kabineti tərəfində təbiət abidəsi kimi qeydə alınmış və mühafizə olunur.

Mətbəxi

Qaxın özünəməxsus mətbəxi var. Qax təbiəti qoynunda bu yeməklərdən dadmaq isə ayrıca zövq verir.

  • Sürhülü
  • Gürzə
  • Gırs
  • Bamiyə
  • Göy qutabı