Bakıda sanatoriyalar

Qalaaltı sanatoriyası

Qalaaltı sanatoriyası

Qalaaltı sanatoriya kompleksi

Qalaaltı sanatoriyası Azərbaycan Şabran şəhərində yerləşir. Şabran şəhəri şərq tərəfdən Xəzər dənizi ilə həmsərhəddir. Burada qumlu sahil rəvan olaraq yüksəkliklərə daha sonra isə meşə ilə örtülmüş dağlara keçid alır. Şabran şəhərinin ərazisi mineral sular və palçıq vulkanları ilə zəngindir. Şabran  haqqında danışılanda Çıraqqala qalasını xatılrlayırsan. Qalaaltı adlanan ərazi öz adını elə bu səbəbdən almışdır, çünki Çıraq qalasının altında yerləşir.

Qalaaltı sanatoriyası – Azərbaycanın orijinal və son dərəcə cazibədar olan balneoloji kurortudur. Qalaaltı sanatoriyası dəniz səviyyəsindən 1000 m hündürlükdə Böyük Qafqazın mənzərəli dağ ətəklərində yerləşir. Qalaaltı sanatoriyasında kristal şəffaflığında olan havası ilə, xüsusi təbii gözəlliyə malik, Xəzər dənizinin sahilində cazibədar meşəli yamaclarda olan bir yerdir. Burada dağ havası, dəniz havası ilə birləşir və insanların özünü rahat hiss etdiyi aşağı rütubətli iqlim norması hökm sürür.

Qalaaltı sanatoriyası Bakıdan 120 km məsafədə yerləşir. Qalaaltı istirahət kompleksi fərqli dizayn üslubunda tərtib edilmiş 152 superior, 15 suit otaq və 3 villa fəaliyyət göstərir. Otaqlar LED televiziya, mərkəzi kondisioner və ventilyasiya sistemləri, İnternet, peyk TV və telefon avadanlıqları  ilə təchiz edilmişdir.

Qalaaltı sanatoriyası ərazisində, müasir tibbi avadınlıqlarla təchiz edilmiş, müasir “ÇIRAQ”tibb mərkəzi fəaliyyət göstərir. Təklif edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşıladırılması və insan ömrünün uzadılmasına xidmət edir. Eyni zamanda Qalaaltı istirahət kompleksi daxilində fitness,spa, gözəllik salonları fəaliyyət göstərir.Bunlarla yanaşı Qalaaltı kompleks daxilində Mənzərə restoranı,Lavanda lounge bar,Qala roof bar,Vitamin bar,Xəzər cafe,Boulinq bar,Otaq xidməti,Bilyard,Uşaq salonu fəaliyyət göstərir.

Qalaaltı sanatoriya kompleksi müalicə imkanları

Çıraq tibii mərkəzdə sizin üçün təklif olunan müalicə xidmətləri:

  • Qanın biokimyavi analizi;
  • Qanın ümumi analizi;
  • Qanda şəkər miqdarının təyini;
  • Sidiyin ümumi analizi;
  • Cinsi orqanların ifrazatının müayinəsi;
  • Spermoqramma;
  • Parazitoloji müayinələr;
  • Disbakterioza görə bakterioloji əkmə;
  • Qidaya və kimyavi maddələrə həssaslığın yoxlanılması üçün TEST FED;
  • Helicobactger pylory 13C-ureaza testi;
  • İnfeksiyalar, onkomarkerlər, hormon paneli İFA laborator diaqnostikası
  • Ultrasəs Müayinəsi;
  • Rektoskopiya; qastro-duodenoskopiya;
  • EKG;
  • Rəqəmli Rentgendiaqnostika;
  • Kolposkopiya

Fizioterapiya imkanları:

  • Su və balneoterapiya;
  • Ozokerit terapiya;
  • Elektroterapiya;
  • Ultrasəs terapiyası;
  • Vakuum terapiya ;
  • Kombineşdirilmiş terapiya;
  • Lazer terapiya;
  • Pressomasaj;
  • Maqnitoterapiya;
  • Damaqların hidrolazer suvarması;
  • İnqalyasiyalar;
  • Speleoterapiya;
  • Hidrokolon terapiya(orqanizmin toksin və şlaklardan effektiv təmizlənməsi, bağırsaqların bioflorasının bərpası üçün dərmən preparatlarının istifadəsi ilə;
  • Ozon terapiya (bakteriosid, göbələk əleyhinə, virus əleyhinə təsir, qanda oksigen miqdarını artırır, fermentlərin fəaliyyətni artırır, maddələr mübadiləsini stimulyasiya edir, immuniteti gücləndirir);
  • Hirudoterapiya (zəlilər ilə müalicə);
  • Həkimlərin konsultasiyası: terapevt, nevropatoloq, fizioterapevt, uroloq, kosmetoloq, dietoloq, ginekoloq;

Su prosedurları:

  • Duş Şarko;
  • Sirkular və sualtı duş- massaj;
  • Qalvanovanna;
  • Aromatlaşdırılmış mirvari vannaları, xromoterapiya ilə;
  • Quru karbondioksid vannası;
  • Hidrokolon terapiya;

Qalaaltı kompleks xüsususi təkliflər

Qalaaltı kompleks qiymətlər

Əlaqə

Telefon 

  • +994(55) 406-06-88

Email 

  • info@shekitour.com
  • sales@shekitour.com

Otaq sifariş et