Qəbələdə otellər

Qafqaz Yeddi Gözəl otel Qəbələ

Qafqaz Yeddi Gözəl otel Qəbələ

Qafqaz Yeddi Gözəl otel Qəbələ şəhərində Vəndam qəsəbəsində yerləşir. Otel 2013-cü ildən fəaliyyət göstərir. Üç ulduz xidmət kateqoriyasındadır. Otel qebelede oteller içərisində qiymət və keyfiyyət ənənəsini saxlayır. Qafqaz Yeddi Gözəl otel Qəbələ sizin otel daxilində piknik keçirmək üçün yerlər təklif edir. Qafqaz Yeddi Gözəl  Qəbələ  oteli eyni zamanda təbiətə qoynuna hiking etmək istəyənlər üçün əla seçim ola bilər. Belə ki mehmanxana kompleksi Nohur gölü və Yeddi gözəl şəlaləsinə yaxın məsafədə yerləşir.

Mehmanxana kompleksinin daxilində 24 saat fəaliyyət göstərən restoran və bar vardır. Restoranda azərbaycan və avropa mətbəxinin ləziz təamlarından dada bilərsiniz. Otelin restoranı eyni zamanda ad günü və digər banketlərinizi keçirmək üçün əlverişli yerdir. Mehmanxana kompleksində eyni zamanda spa və fitnes xidmətləri göstərilir. Qafqaz Yeddi Gözəl otel Qəbələ  həyətində böyüklər və azyaşlılar üçün iki ayrı hovuz fəaliyyət göstərir.(yalnız yay fəslində fəaliyyət göstərir). Eyni zamanda  mehmanxana kompleksinin həyətində olan voleybol və stolüstü tennis meydançaları qonaqların istifadəsinə verilir.

Otaqlar haqqında məlumat

Standard Double

Müasir otel standartlarına cavab verən bu otaqlar sizə Qəbələ şəhərinin mərkəzində sərfəli qiymətə qonaqlamaq imkanı təklif edir. Burada siz rahat şəkildə dincələ və otelin geniş imkanlarından yararlanaraq tətil günlərinizdən doyunca zövq ala bilərsiniz.

Standard Twin

Standard Twin tipli otaqlar şəhər mərkəzinə yaxın ərazidə və əsas magistral yolun (Bakı-Qəbələ) üzərində yerləşən bir oteldə sərfəli qiymətə gecələmə xidməti təklif edir. Bu otaqlarda dağ və hovuz mənzərəli eyvan var.

Family Suite

Family Suite otaqlarının bir hissəsi bir geniş yataq otağı və bir qonaq otağından, digər qismi isə iki yataq otağı və bir qonaq otağından ibarətdir. Bu otaqların hamısında yemək salonu var. Bundan əlavə Family Suite otaqlarının bəzilərində  dağ və hovuz mənzərəli eyvan da vardır.

Junior Suite

Junior Suite otaqları bir yataq otağı və bir qonaq otağından ibarətdir. Geniş otaq sahəsindən ibarət olan bu otaqlarda dağ və hovuz mənzərəli eyvan var.

Otel səhifəsi *** Qəbələdə otellər *** Qəbələ otel sifarişi *** Qəbələdə kirayə evlər

Xoş istirahətlər!

Sifariş

Contact

+994(55) 406-06-88 info@shekitour.com