Qəbələdə otellər

Qafqaz termal & spa otel Qəbələ

Qafqaz termal & spa otel Qəbələ

Qafqaz termal & spa otel  Qəbələ şəhərində Yengicə kəndində yerləşir. Mehmanxana kompleksi dörd ulduz standartlara aid xidmət göstərir. 2014-cü ildə fəaliyyətə başlamışdır. Qafqaz termal & spa otel Qəbələ bütün otaqları əla təmirlidir. Mehmanxana kompleksinin pulsuz avtomobil dayanacağı, bütün ərazidə internet xidməti var. Eləcə də səhər yeməyi otaq qiymtələrinə daxildir. BÜtün otaqlar vanna otağı, oturma salon ilə təchiz olunmuşdur. Qəbələ hava limanına 13 km məsafədə yerləşir. Front office bölməsi 24 saat xidmət göstərir.

Qafqaz termal & spa otel Qəbələ mehmanxana kompleksində siz eyni zamanda Naftalan nefti ilə müalicə oluna bilərsiniz. Otelin ərazisində göl kənarında yay aylarında istirahət etmək üçün xüsusi çardaqlar yaradılıb. Siz burada əsl piknik keyfi yaşaya bilərsiniz. İki nəfərlik və yaxud da ailəvi Qəbələ səyahətində Qafqaz termal & spa otel Qəbələ ən yaxşı seçiminiz ola bilər. Eyni zamanda otelin konfrans zalı da sizlərin istifadəsindədir. Otel daxilində fəaliyyət göstərən restoranda siz avropa və milli mətbəx təamlarından dada bilərsiniz.

Otaqlar haqqında məlumat

Junior Suite

Junior Suite nömrələri bir yataq otağı və bir qonaq otağından ibarət otaqdır. Qonaq otağında yemək masası və divan dəsti var. Geniş otaqlara sahib otaq növüdür. Bu otaqların bəzilərində göl mənzərəli eyvan var.

Standard Double

Standard Double (İkinəfərlik) otaqlar şəhərin səs-küyündən kənarda təbiət qoynunda istirahət etmək istəyənlər üçün əla  seçimdir. Standard otaqlarda göl mənzərəli eyvan var. Bu eyvan da bəzi otaqlarda ətrafı açıq, bəzilərində isə şüşəylə örtülüdür.

Standard Twin

Standard Double (İkinəfərlik) otaqları sərfəli qiymət və yüksək keyfiyyətə Qəbələ dağlarının ətəyində təmiz dağ havası qəbul edərək dincəlmək istəyənlər üçün əla təklifdir. Otaqlar müasir Art Deco tərzində dizayn olunmuşdur. Bu otaqların sahib olduğu gözəl təbiət mənzərəsi ilə qonaqlara unudulmaz tətil anları yaşadır.

Otel səhifəsi ***Qəbələdə otellər *** Qəbələ otel sifarişi *** Qəbələdə kirayə evlər

Xoş istirahətlər!

Sifariş

Contact

+994(55) 406-06-88 info@shekitour.com