Bakida otellər

Qafqaz Point otel Bakı

Qafqaz Point otel Bakı

Qafqaz Point otel Bakı şəhərində yerləşir. Otel Qafqaz otellər şəbəkəsinə aiddir. Otelin yerləşmə mövqeyi sizin üçün çox əlverişlidir. Otel Bakı şəhər mərkəzində yerləşir. Oteldən Hüseyn Cavid parkına beş dəqiqəlik yürüyüş məsafəsi var. Eyni zamanda otel Elmlər Akademiyası metro stansiyasınada yaxın yerləşir.

Qafqaz Point otel beş ulduz xidmət göstərən kompleksdir. Qafqaz Point otel 2009-cu ildə istifadəyə verilib. Yeddi mərtəbəli binadan ibarətdir. Oteldə eyni zamanda spa xidmətləri və iki restoran fəaliyyət göstərir. Və şəhər mənzərəsinə açılan möhtəşəm terrası vardır. Terras restoranından Bakının axşam mənzərələrini seyr etmək ayrı bir zövq verir.

Otelin bütün otaqlarında vanna otağı var. Eyni zamanda otaqlar və mehmanxana kompleksi daxilində pulsuz internet xidməti var. Qonaqlar otelin 24 saat mühafizə xidməti və eləcə də pulsuz avto dayanacaq istifadəsindədir. Booking.com üzərindən 9 bal müştəri məmnuniyyət qazanmışdır. Bakı otelləri içərisində qiymət keyfiyyət ənənəsini davam etdirən mehmanxana kompleksidir. 24 saat servis xidməti var. Bakıda istirahətiniz zamanı Qafqaz Point otel əvəzolunmaz ola bilər. Xoş istirahətlər.

Sifariş

Contact

info@shekitour.com