Bakida otellər

Qafqaz Park otel Bakı

Qafqaz Park otel Bakı

Qafqaz Park otel Bakı 4 ulduz standartlara malik oteldir. Şəhərin mərkəzində yerləşir. Qafqaz Park otel Bakıda Heydər Əliyev mərkəzi ilə üzbəüz yerləşir. 2011-ci ildən fəaliyyətə başlayıb. Qafqaz Park otel Bakı 24 saat xidmət göstərən restoranları və fornt-office xidmətləri ilə qonaqlara xidmət göstərir. Qafqaz Park otel Bakı şəhər mərkəzində yerləşdiyindən Bakının gəzməli yerlərinə səyahət olduqca rahatdır.

Qafqaz Park Oteli Bakının mərkəzinə yaxın ərazidə yerləşən dördulduzlu 52 otaqdan ibarət kiçik oteldir. Bütün otaqlarda kondisioner, yüksək sürətli İnternet rabitəsi, kiçik bar, telefon, və LCD televizorlar mövcuddur. Otel imkanlarına həm yerli, həm də dünya mətbəxinin çeşidli menyusunu təklif edən Qafqaz restoranı; biznes toplantıları, təqdimatlar və banketlər təşkil etmək üçün ən son texnologiya ilə təchiz olunmuş 10-60 nəfərlik yığıncaq və konfrans otaqları; yarı-Olimpik üzgüçülük hovuzu, sauna, türk hamamı və masaj mərkəzi daxildir.

Otaqlar haqqında məlumat:

Standard Single

Standard Single (Birnəfərlik) otaqları Bakı şəhərinin mərkəzində sərfəli qiymətə gecələmək istəyən qonaqlar  üçün bakida oteller içərisində ən ideal seçimdir. Bir otaqdan ibarət bu tipli  otaqlarda  stul və yazı masası da mövcuddur.

Standard Double

Standard Double/Twin (İkinəfərlik) tipli otaqlar Bakı şəhərinin mərkəzində sərfəli qiymətə geniş otaqlarda gecələmək istəyənlər üçün istirahətin  əlverişli şəraitini  təqdim edir. Bir otaqdan ibarət bu nömrələrdə 2 ədəd kreslo və 1 ədəd jurnal masası da var.

Qafqaz Park otel Bakının  restoranı 24 saat fəaliyyət göstərir. Restoran 80 nəfərlik xidmət göstərir. Restoranın təcrübəli personalı sizə avropa və azərbaycan mətbəxinin ləziz təamlarını təqdim edir. Restoranın dizaynı da sizin zövqünüzü oxşayacaq.

Qafqaz Park oteldə eyni zamanda spa və fitnes xidmətləri göstərilir. Qapalı hovuz, sauna, buxar və Türk hamamından ibarət Spa mərkəzi gün ərzində sizin odeal istirahətiniz üçün  xidmət göstərəcək. Həmçinin otelin qonaqları üçün masaj və kisələmə xidmətindən də yararlana bilərsiniz. Bundan başqa, Qafqaz park otel Bakıda müasir idman avadanlıqları ilə tam təchiz olunmuş fitnes zalı da fəaliyyət göstərir.

Contact

info@shekitour.com