Qəbələdə otellər

Qafqaz City otel Qəbələ

Qafqaz City otel Qəbələ

Qafqaz City otel Qəbələ şəhərrində mərkəzdə yerləşir. Otel 3 ulduz standart kateqoriyalarında fəaliyyət göstərir. 2012-ci ildən fəaliyyətə başlamışdır. Qebelde oteller içərisində ən yaxşılardan biridir. Mehmanxana kompleksi qiymət münasibdir. Qafqaz City otel yerləşməsi də əlverişlidir. Mehmanxana kompleksi qış turizmi xidmətləri təklif edən Tufandağ, sevimli əyləncə məkanı olan Qəbələnd Əyləncə Mərkəzi və gözəl təbiəti ilə göz oxşayan Nohur gölü oteldən avtomobillə 10 dəqiqəlik məsafədədir.

Mehmanxana kompleksində  55 nəfərlik olan “Qəbələ” “Naxçıvan” restoranları fəaliyyət göstərir. Bu restoranlarda azərbaycan və avropa mətbəxinin ləziz yeməkləri təklif olunur. Restoranlarda istifadə olunan ərzaqlar  Qəbələ rayonunda yetişdirilən kənd təsərrüfatı məhsullarından hazırlanır. Qonaqlar gün ərzində istənilən saatda qaldığı otaqlara yemək sifarişi də edə bilərlər. Bununla yanaşı, “Qəbələ” restoranının daxilində bar da fəaliyyət göstərir. Gecə saatlarında açıq olan barda siz müxtəlif içkiləri dadmaqla yanaşı həm də yaxınlarınızla əylənə və gözəl vaxt keçirə bilərsiniz.

Otaqlar haqqında məlumat

Junior Suite

Mehmanxana kompleksinin Junior Suite otaqları Qəbələ şəhərinin mərkəzində ailəvi şəkildə sərfəli qiymətə gecələmək istəyənlər üçün ən ideal seçimdir. Bir yataq otağı və bir də qonaq otağından ibarət olan bu nömrələrin hamısında dağ və ya şəhər mənzərəli eyvan da var. Junior Suite otaqlarının müasir otel avadanlıqları ilə təmin olunmuş geniş otaqlarında ailəcə rahat şəkildə dincələ və hər mövsüm öz gözəlliyi ilə diqqəti cəlb edən sıx meşə örtüyünə tamaşa edərək təmiz dağ havası qəbul edə bilərsiniz.

Standard Twin

Standard Twin (Bir və İkinəfərlik) otaqları Qəbələ şəhərinin mərkəzində ən sərfəli qiymətə qonaqlamaq istəyənlər üçün geniş imkanlar təklif edir. Bu nömrələrin əksəriyyətində dağ və ya şəhər mənzərəli eyvan mövcuddur. Müasir otel avadanlıqları ilə təchiz olunmuş standart ikinəfərlik nömrələrdə siz rahat şəkildə dincələ və gözoxşayan yaşıl meşələri tamaşa edərək təmiz dağ havası qəbul edə bilərsiniz.

Otel səhifəsi *** Qəbələdə otellər *** Qəbələ otel sifarişi *** Qəbələdə kirayə evlər

Sifariş

Contact

info@shekitour.com