Bakida otellər

Qafqaz city otel residence Bakı

Qafqaz city otel residence Bakı

Bakının  şəhər mərkəzində müasir şüşə fasadla bəzədilmiş  Qafqaz Baku City Hotel sizin Bakı səyahətiniz zamanı ən uğurlu seçiminiz ola bilər. Qafqaz Baku otel residence bakida oteller içərisində beynəlxalq otel axtarış proqramlarından ən yüksək bal alan otellərdən biridir. Qafqaz city otel residence böyük bir spa mərkəzi, pulsuz yüksək sürətli Wi-Fi olan zərif otaqlar və zəngin bir səhər yeməyi (səhər yeməyi otaq qiymətlərinə daxildir) təklif edir. Bakının İçəri şəhər meydanına 30 dəqiqəlik məsafədədir. Qafqaz city otel residence 19 mərtəbə və 325 otaqdan ibarətdir.

Zəngin qəhvəyi rəngdə dizayn edilmiş klassik memarlıq üslubunda otaqlar, minibar və oturma salonu bütün otaqların ortaq xüsusiyyətidir. Otel 2012-ci ildən fəaliyyətə başlayıb. Qafqaz city otel residence mehmanxana kompleksinin ərazisində sizə “Metropol”,”Şamdan”,”Şamdan VİP” kimi lüks restoranlar xidmət göstərir. Eləcə də kompleks daxilində sizin istirahətinizi unudulmaz etmək üçün “Lobbi bar” “Star light” barları var. Bunlarla yanaşı otelin sizin iş səyahətləriniz üçün düşünülmüş “Qəbələ” konfrans zalı biznes toplantılarında ideal seçim ola bilər. Spa və fitnes salonlarının xidmətlərindən otelin  qonaqları rahatlıqla istifadə edə bilərlər.

Qafqaz city otel residence yerləşmə mövqeyi unikaldır. Belə ki Bakı şəhər mərkəzindən 2km, Heydər Əliyev adına beynəlxalq hava limanından 30 km, Dəmiryol vağzalından 1 km məsafədə yerləşir.

 

Otaqlar haqqında məlumat:

Standard Single

Standard Single (Birnəfərlik) otaqları Bakı şəhərinin mərkəzində evinizdəki rahatlığı hiss edə biləcəyiniz otaq formasıdır. Çoxmərtəbəli otel binasının hər mərtəbəsində mövcud olan otaqlardır. Bir otaqdan ibarət olan bu otaqlarda qonaqlara birdəfəlik qablarda pulsuz çay, kofe və su təqdim olunur.

Standard Double

Bu otaq mehmanxana kompleksində ideal istirahət üçün nəzərdə tutulmuş otaq formasıdır. Müasir dizaynda tərtib olunmuşdur. Vanna otağı, kabel tv, rahat yataq dəstləri standart double otağının dəyişilməz xüsusiyyətidir.

Standard Twin

Standard Twin otaqları Bakı şəhərinin mərkəzində sərfəli qiymətə gecələmək istəyən qonaqlar üçün ideal seçimdir. Bir otaqdan ibarət olan bu otaqlar Qafqaz city residence otelinin bütün mərtəbələrində yerləşir. İstirahət üçün bütün lazımı avadanlıqlarla təchiz olunub.

Executive Suite

Executive Suite otaqları yüksək otel standartlarına və imkanlarına malik geniş otaqlarda gecələmək istəyənlər üçün Qafqaz otellər şəbəkəsinin uğurlu təklifidir. Bu otaqlar bir yataq və bir qonaq otağından ibarətdir. Qonaq otağı mebel dəstləri ilə təchiz olunub.

Junior Suite

Junior Suite otaqları Bakı şəhərinin mərkəzində geniş otaqlarda gecələmək istəyən ailələr üçün münasibdir. Otelin bütün mərtəbələrində olan junior suite otaqlar bir yataq və bir qonaq otağından ibarətdir. Qonaq otağında divan dəsti, yemək masaları var. Aşağı mərtəbədə yerləşən Junior Suite otaqları şəhər, yuxarı mərtəbələrdə olan otaqlar  isə həm şəhər, həm də dəniz mənzərəlidir.

Bakıda otellər *** Bakı otel sifarişi *** Qafqaz city hotel Baku

Sifariş

Contact

info@shekitour.com