Qəbələ haqqında

Qəbələ Azərbaycan şimal-qərb turizm marşrutuna adi olan turizm şəhərlərindən biridir. Qəbələ turizm unikal infrastrukturu ilə göz oxşayır. Unikal təbii-iqlim şəraiti, dağ havası, mineral bulaqları, gur şəlaləri, iti axan dağ çayları, lacivərd landşaftı ilə seçilən, tarixi ,,İpək yolu”nun üstündə yerləşən, qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərinin qalıqları və onlarca digər tarixi abidələri ilə şöhrət tapmış Qəbələ rayonu çox böyük rekrasiya və turizm imkanlarına malikdir.

Rayonda bir şəhər (Qəbələ), 3 qəsəbə (Vəndam, Bum və Nic) və 60 kənd inzibati ərazi dairəsi var. Bu yaşayış məntəqələri 60 İnzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsi ilə idarə olunur.

Qəbələnin coğrafi mövqeyi, relyefinin əsasən dağlıq olması və şaquli qurşaqlıq ərazidə mürəkkəb iqlim şəraitinin formalaşmasına şərait yaradıb. Çay şəbəkəsinin sıxlığına, torpaq-bitgi örtüyünün zənginliyi böyük təsir göstərmişdir.

 

Gur yağan leysan yağışlar, isti hava şəraiti  zaman bu diyarda həmişəyaşıl sıx meşə örtüyünün inkişafına səbəb olmuşdur. Bir milyon il bundan əvvəl isə rayonun ərazisində indiki Aralıq dənizi sahillərinin iqliminə oxşar iqlim şəraitində çoxyarpaqlı həmişəyaşıl və yarpaqlarını ilin quraq fəslində yayda tökən bitkilərin inkişafı üçün şərait mövcud olmuşdur.

Qəbələ ərazisində çoxillik orta yanvar tempuraturu 0 0 – dən – 14 0 – yə, iyul tempuraturu isə uyuğun olaraq + 24 0 – dən 2 0 –yə qədər dəyişir. Illik orta temperatura cənubda + 10 0 – + 12 0 – dən şimalda 0 0 – – 2 0 – ə qədər dəyişir.

Təbiət

Təbii abidələr