Ölkədaxili turlar-Gəncə Novruz bayramı turu

Novruz bayramı xalqımızın ta qədimdən qeyd etdiyi bayramlardan biridir.  Novruz Şimal yarımkürəsində yaz fəslinin başlandığı, gecə-gündüz bərabərliyi günündə (20,21,22 Mart ) qeyd edilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə əlaqələndirmişdir. Qədim zamanlardan Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində Novruz bayramı təntənəli qeyd edilir. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilib.

Novruz bayramını Azərbaycanın fərqli rayonlarında qeyd etmə imkanı sizin üçün yaradılır. Sizə Novruz bayramında Gəncə turuna qatılmağı tövsiyyə edirik.

Tur proqram

Rayonlar:

• Gəncə – Göygöl – Maralgöl – Hacıkənd – Gədəbəy –Şəmkir  rayonları

Tarix:

21 mart- 23 mart (2 gecə 3 gün)

Gediləcək yerlər:

  • Gəncə şəhər ekskurisyasl ( İmamzadə, Xan bağı. Butulka ev.)
  • Göygöl və Maralgöl gəzintisi
  • Şəmkir şəhər ekskurisyası
  • Gədəbəy ekskursiyası ( Şırşır şəlaləsi, Qanlı körpü, Narzan bulağı)

 

Tur qiymət

• Ekonom paket – 139azn
• Tam paket – 199azn (Hər şey daxil)

Qiymətə daxildir:

  • Komfortlu avtobus
  • Oteldə gecələmə ( 2 gecə.Gəncə #Deluxe hotel )
  • Səhər yeməyi ( 3 dəfə )
  • Dönüşdə çay süfrəsi
  • Otel xidmətləri
  • Tonqal ətrafında toplaşma və milli adətlərimiz.
  • Yol boyu maraqlı oyunlar və hədiyyələr.
  • Limitsiz fotosessiya
  • Tur rəhbəri

Əlavə olaraq:  (tam paketə aid deyil)

  • Qala Şam yeməyi – 20azn
  • Qidalanma ( 3 dəfə nahar yeməyi,1 şam yeməyi) – 40azn

Tur sifariş et