Categories
Tarixi abidələr

Məscidlər

                                                  Gileyli məscid minarəsi

Məscid XVI-XVII əsrlərdə çayın sahilində,dərin uçurumun üstündə bişmiş kərpicdən tikilib.Ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyatdan keçmişdir.İnventar nömrəsi 328-dir.

Daxili ölçüləri 6×12 metr olmaqla dördbucaqlı formadadır.Divarları gil samanlı kərpiclə,çay daşları ilə hörülmüş,bayır tərəfdən suvaqlanmışdır.Zalın divarları kəj mala ilə örtülərək həndəsi ornamentlər çəkilmişdir.Daxili ərəb əlifbası ilə yazılmış,mehrabış yanında taxçalar yerləşir.

                                                                   Cümə məscidi

XIX əsrdə şəhər camaatı tərəfindən tikilmiş və nəfis həndəsi naxışlarla bəzədilmişdir.Şəkidə ən böyük və ən qədim məscid şəhərin mərkəzinə yaxın ərazidə yerləşir.Bu,insanların namaza çağrıldığı 40 metr hündürlükdə minarəsi olan qədim bir məs-ciddir.Məscid XIX  əsrdə şəhər camaatı tərəfindən tikilmiş və həndəsi naxışlarla bəzədilmişdir.