Categories
Bloq

Kiş Alban məbədi

Kiş Alban məbədi Şəki şəhərinin mərkəzdən 5 km lik məsafədə Kiş kəndi ərazisində yerləşir. Kiş kəndinin Maflar məhəlləsində yerləşən abidə alban tarixinin izlərini günümüzə qədər gətirib çıxara bilmişdir. Alban tarixçisi Mousey Kalankatlının Alban Tarixi əsərində “kis” adı dəfələrlə qeyd olunub.

Belə ehtimal olunur ki, Kiş kəndində yerləşən abidə albanlar üçün əsas ibadət mərkəzi olaraq qəbul olunmuşdur. Eyni zamanda bəzi araşdırmalara görə ilk xristian missionerlərdən olan Yelisey təqribən 70-ci illərdə Uti vilayətinin Kis kəndində xristianlar üçün ibadət məbədi tikmişdir.

Alban məbədi Cənubi Qafqazda ilk xristianlıq məbədi idi. Eyni zamanda Kiş sözünün hərfi mənası fars dilində sitayiş etmək tapınmaq kimi mənaları ehtiva edir.

Abidə dərindən öyrənildiyi zaman məlum olur ki, məbəd uzun illər mədəni mərkəz kimi də fəaliyyət göstərib. Eyni zamanda məbəd içərisində qədim yaşayış növləri onlara aid olan nümunələr vardır.

Məbədin daha üstün bir tərəfi isə qədimdən insanların bir niyyət tutaraq məbəd içərisindəki dairəyə xırda dəmir pul atmaqla o niyyətin reallaşdırılması ritualını da keçiriblər.