Categories
Tarixi abidələr

Karvansaray

Karvansaranın ümumi sahəsi 6000 kv.metr,hündürlüyü Şəki küçəsinə baxan hissəsində 14 metr, içəridən 8 metrdir.Bina 300-dən artıq otaq və zirzəmidən ibarətdir.

Bu karvansara öz ölçülərinə görə Azərbaycanda ən böyük karvansaradır.Karvansaranın əsas fasadı çaya tərəf yönəlmişdir . Karvansara həyətinin içərisinə sadə forma verilmişdir.Binanın eyni ölçülü  bütün otaqlarının tağbənd örtüyü var.

Bina tikilərkən yük heyvanları üçün lazimi miqdarda at bağlanan yer və hovuzlar nəzərdə tutulmuşdur.Karvansaranın gözəl dizaynı,qədimi xatırladan heyranedici quruluşu və münasib qiymətləri bura gələn turistlərin sayının artmasına səbəb olur.

Hər bir nömrə  qonaq və yataq otağından ibarət olmaqla televizor,duş,istiliklə təmin olunub.