Categories
Bloq

Kapsul otel

Kapsul otellər demək olar ki, bir nəfər üçün dizayn edilmişdir. Yəni bir nəfərin gecələmə üçün lazım olan bütün ehtiyacı bir kapsul formasında olan otaq formasına sığışdırılıb.

İlk olaraq kapsul otellər 1979 cu ildə Yaponiyada istifadə edilməyə başlayıb. Yaponiyada insanların öz işlərinə daha bağlı olduğu bilinir. Və kapsul otellərin açılmasında məqsəd də işadamlarının sadəcə qısa yuxu ehtiyaclarını qarşılaya bilmələri, eyni zamanda gecə gec vaxtlarda çalışanların burda sərfəli qiymətlərlə yaşaya bilməsidir.

Əksər kapsul otellər biznes mərkəzlərə yaxın ərazilərdə yerləşir. Ancaq bu tip yanaşmanın uğurlu olduğu görülüncə tusitlər üçün də təklif olunmağa başlanıb.  Daha sonralarda kapsul otellər ikinəfərlik olaraq dizayn edilməyə başlayıb. Kapsul tipli gecələmə adətən hostel kateqoriyasında istifadə edilir.

Hər bir kapsul otel üçün girişdə qonaqlara məxsus olan saxlanclar mövcuddur. Bu sizin kirayə etdiyiniz kapsul otağınız üçün tərtib olunur və eyni zamanda da siz bu şkafdan əşyalarınızı saxlamaq üçün istifadə edirsiniz. Yaponiyada fəaliyyət göstərən əksər kapsul otellərdə qonaqlarına otel daxilində istifadə edə biləcəyi geyim forması da verilir.

Kapsul otel içərisi bir yataq, elektrik qaynağı, dəyərli əşyaların (pul, zinət əşyaları) saxlanması üçün kiçik bir seyf olur. Eyni zamanda hər otaqda tv var. Ancaq tv yalnız qulaqlıqla istifadə edtmək olur. Bütün otaqlarda internet qoşulma limitsiz və pulsuzdur. Kapsul otaqlar daha çox ikimərtəbə olur. Eyni zamanda ikinci mərtəbə qiymət olaraq daha münasib olur. Qiymət fərqinin səbəbi ikinci mərtəbəyə qalxmağın biraz çətin olmasıdır.

Yaponiyadan başlayan bu icad sonralarda Rusiya, Avstralya, Hollandiya, Maleyziya, Hong Kong kimi tusit ölkələrində də istifadə edilməyə başlayıb.

Dünyada məşhur kapsul otel brendindən olan 9th hostel brendi daim kapsul otel ənənənəsini innovativləşdirir. Daha müasir texnologiyalar, qonaqların istəklərinə uyğun dizaynda mümkün dəyişikliklər edirlər.

Hər halda kiçik bir əraziyə sahib olan hostellər üçün kapsul otel modelini dəyərləndirmə etmək olar. Biznes formasında asılı olaraq kapsul otellər daha ucuz başa gəlir. Eyni zamanda kiçik otaq ərazilərində daha çox kapsul yaratmaq imkanı var. Yəni sizin kiçik məkanınızdan daha çox gəlir əldə etmək imkanınınız yaranır. Bu linkdən Yaponiyada olan kapsul otellərlə daha yaxından tanış ola bilər, ideya olaraq yararlana bilərsiniz. Uğurlar