Azərbaycan gəzməli yerlər

Şəki Giləhli məscidi

shekihistory

Şəki Giləhli məscidi

sekigilehlimescidi
sekigilehlimescidi

Haqqında

Giləhli məscidi 1749-cu ildə Şəki xanı Hacı Çələbi xan tərəfindən tikdirilmişdir. 1805-ci ildə həmin məscidin yerində Hacı Şəmsəddin bəy yeni məscid tikdirir. Bundan sonra məscid xalq arasında “Hacı Şəmsəddin məy məscidi” adı ilə tanınmağa başlayır. XX əsrin 30-cu illərində evləri qəzalı vəziyyətə düşmüş bir ailə məscidin binasında məskunlaşdırılmışdır. Məscidin minarəsi zamanəmizədək gəlib çıxıb. Vaxtilə, məscidin yaxınlığında qəbiristanlıq da olmuşdur. Lakin Qurcana çayı həmin qəbiristanlığı tamamilə yuyub yox etmişdir. Həmin qəbiristanlıqda mövcud olmuş bəzi baş daşıları hal-hazırda muzeylərdə saxlanılmaqdadır. O cümlədən, məscidi 1805-ci ildə bərpa etdirmiş Hacı Şəmsəddin bəyin baş daşısı da Şəki Tarix-Diyarşünaslıq muzeyində saxlanılır. Hacı Şəmsəddin bəy 1815-ci ildə vəfat etmiş və Gilək məscidinin yanındakı qəbristanlıqda dəfn edilmişdir.

XVIII əsrdə tikilən bu məscid yerləşdiyi küçənin adını daşıyır. Onun tikilməsi üçün yer şəhərin şimal şərq tərəfində çayın sahilində dərin uçurum üstündə inşa olunmuşdur. Bu məscid ümumi planlaşması daxili otaqların təşkili çoxlu miqdarda divar taxçalarının olması və divarların müxtəlif rəngdə bəzədilməsinə görə Şəki yaşayış evlərinə çox oxşayır. Bişmiş kərpicdən tikilmiş Giləhli məscidi minarəsi Şəki Zaqatala zonasında ən hündür minarədir. Giləhli məscidi xalq memarlıq abidəsinə xas olan sadə və məqsədəuyğun memarlıq planlaşdırma strukturuna görə fərqlənir.

Şəkinin qədim tarixi memarlıq abidələrindən biri də Giləhli məscididir. XVIII əsrə məxsus olan bu məccid Şəkinin şimal-şərində, şəhərin içərisindən axan Qurcana çayının sahilində, onun səthindən təxminən 20-25 metr yüksəklikdə tikilmişdir.Sadə yaşayış evlərinə məxsus ənənəvi Şəki memarlıq ülubunda tikilmiş mşscid binasının daxili görkəmi Şəki xan sarayını xatırladır. Divardakı naqqaşlığa, rəsmlərə, stalaktitlərə nəzər yetirdikdə belə təsəvvür yarnır ki, sarayla məscidin daxili divarı eyni sənətkarın əlindən çıxmışdır.

Giləhli məscidi uzun müddət baxımsız qaldığından və qəza vəziyyətinə düşdüyündən onu bərpa etmək əvəzinə,SSRİ-i dönəmində, analoqu olmayan bu məscid yerlə yeksan edilmişdir.

Xoşbəxtlikdən Giləhli məscidinin minarəsi bu günə kimi gəlib çatmışdır. Qülləyə qədər 13,5 metr olan minarə yüksəklikdə yerləşdiyindən ərazi buradan çox gözəl görünür. Məscidə üfüqi istiqamətdə söykənən istinad divarı onun möhkəmliyini və dayanıqlığını daha da artırır. Onun istinad divarının qurtaracağına qədər olan hissəsi daşla, ondan yuxarı hissəsi isə bişmiş qırmızı kərpiclə hörülmüşdür. Müəzzinlər üçün nəzərdə tutulan və minarəni tamamlayan sahəyə qalxmaqdan ötrü istinad divarının üzərində iyidmidən artıq daş pilləkən hörülmüş, yağışdan, qardan, çovğundan və günəşdən qorunmaq məqsədi ilə kənarına taxta vurulmuş. Üstü örtülmşdür. Buraya işıq düşmək üçün kiçik pəncərələr də qoyulmuşdur. Pilləkənin qurtaracağında minarəyə daxil olmaq üçün tağlı qapı vardır.