"Sheki Tour"

Şəki şəhərinin onlayn turizm portalı

Şəki Marxal otel Şəki şəhərində yerləşən 5 ulduz otel kompleksidir. Marxal otel Şəkinin Kiş kəndi ərazisində füsunkar təbiət qoynunda yerləşir.  Otel qonaqların istirahəti üçün bütün lazımi əyləncə növləri ilə təchiz olunmuşdur. Eyni zamanda otel daxilində yerləşən restoranlar 5 ulduz otel standartlarında xidmət göstərir. 

Azərbaycanın ən yaxşı otellərindən biri Marxal Resort və Spa doğma ev füsunkarlığıyla 5 ulduzlu məkanın lüksu və rahatlığını özündə birləşdirir. İçəri addımladığınız ilk andan bura sizi özü ilə uzaqlara aparır. Nəfis qarşılama ərazisi sizə xoş salamlama, sakitləşdirici və möhtəşəm mühit təqdim edir. Bu nəfis mehmanxana qüsursuz qonaqsevərliyi sizə istirahətiniz boyunca öz evinizdə olduğu kimi əziz qonaq hissini verəcək.  Marxal Resort və Spa Kompleksi Şəkinin dağlarla əhatə olunmuş sirli güşəsində, dəniz səviyyəsindən 1080 m. yüksəklikdə yerləşir. Otelin coğrafi mövqeyi onu təkrarolunmaz və xüsusi edir. Mehmanxana Qəbələ Hava limanını 80 km. , Bakı Beynəlxalq Hava limanını 300 km. , Şəki Dəmiryol Stansiyası 14 km. , Şəki şəhər mərkəzindən 4 km. məsafədə yerləşir. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biri və haqlı olaraq abidələr qoruğudur. 

Kompleksin tam doluluq sayı 518 nəfərdir, bunlardan 350 nəfər mehmanxana otaqlarında, 168 nəfər kotteclərdə yerləşir. Bütün otel otaqları təchiz olunmuşdur: 

  • Qoşa və tək çarpayı

  • Geniş vanna otaqları

  • Keyfiyyətli və geniş seçimdə hamam ləvazimatları

  • 32’ və 42’ HD ağıllı TV

  • Beynənxalq Peyk kanalları

  • Pulsuz çay və kofe vasitələri

  • Mini bar

  • 24 saat Otaq xidməti

  • Rahat və zərif tərtibat

  • Xalatlar və tərliklər

  • Pulsuz Wİ-Fİ

  • Pulsuz seyf